Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

13.02.2024 [10:18]

Xəbərin mətni

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.