MƏDƏNİYYƏT


Brüsseldə “Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilir

Azərbaycan mədəniyyətinin Avropada tanıdılması istiqamətində görülən işlərin davamı olaraq Belçikadakı səfirliyimizin dəstəyi ilə bu dəfə Brüsselin Kral Parkında yerləşən “Cercle Royal Gaulois” Mədəniyyət Sarayında 12-13 fevral tarixlərində “Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, sərgidə cari ildə Şuşa şəhərinin İslam dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsinin əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilir.