Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan telekanalında Azərbaycan torpaqlarının işğalının ağır nəticələrinə dair verilişlər nümayiş olunub

14.02.2024 [21:30]

Xəbərin mətni

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın “Sevimli TV” telekanalı nümayəndələrinin Azərbaycana mediaturu təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, mediatur çərçivəsində “Sevimli TV” telekanalının jurnalistləri Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonu və Xocalı rayonunun Əsgəran qəsəbəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrinə dair veriliş yayımlayıb.