İDMAN
Avropa Liqası: “Qarabağ” Portuqaliyada tarixi oyuna çıxır
15.02.2024 [11:58]
Xəbərin mətni
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu raundda ilk matçını keçirəcək.
Ağdam təmsilçisi tarixi qarşılaşmaya Portuqaliyada çıxacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda “Braqa”nın qonağı olacaq.