CƏMİYYƏT


Ermənilərin yer üzündən silməyə çalışdığı Qaradağlıdan AZƏRTAC-ın REPORTAJI

Otuz ildən çox erməni işğalı altında qalan torpaqlarımız indi azaddır. Ötən illər ərzində beynəlxalq birlik bu ədalətsizliyə göz yummağa çalışsa da, ikili standartlar tətbiq olunsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində haqq-ədaləti bərpa etdi. Azadlığına qovuşan yurd yerlərimizdən biri də Qaradağlıdır. O Qaradağlı ki, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparmışdı…