CƏMİYYƏT


50 ildən çoxdur tingçiliklə məşğul olan Lənkəran sakini calaq vurmanın sirlərindən danışır

Cənub bölgəsində ənənəvi təsərrüfat sahələrindən biri də tingçilikdir. Calaq vurmaq, meyvə tinglərinin yetişdirilməsi incə və ustalıq tələb edən işdir. İllərdir tingçiliklə məşğul olan zəhmət adamlarından biri də Lənkəranın Sütəmurdov kənd sakini Şıxəli Kazımovdur.