Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ermənilər danışıqlar aparmaq adı ilə bizi əsir aldılar” - Bəylik bağından REPORTAJ

17.02.2024 [18:52]

Xəbərin mətni

XX əsrin dəhşətli faciələrindən olan Qaradağlıda ermənilərin törətdiyi qətliamdan 32 il ötür. Həmin vaxt qətlə yetirilənlərdən bir çoxunun nəşi hələ də tapılmayıb. AZƏRTAC-ın bölgə müxbiri Qaradağlı faciəsi zamanı ermənilər tərəfindən əsir götürülən və sonradan xilas olan kənd sakinləri ilə qətliamın törədildiyi ərazidə çəkiliş edərək, dəhşətli qətliamı onların dilindən dinləyib.