CƏMİYYƏT


Azərbaycanın humanizmə sadiqlik nümunəsi - AZƏRTAC-ın İrpendən REPORTAJI

Sözü imzası qədər dəyərli olan Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasəti artıq Ukrayna cəmiyyətinə də yad deyil. Çünki Rusiya-Ukrayna müharibəsinin elə ilk günlərindən Azərbaycan dövləti humanitar yardımlara başladı və bu siyasət intensiv şəkildə davam etdirilir. Xüsusilə ölkəmiz İrpen şəhərinin bərpasında və yenidən qurulmasında yaxından iştirak edir. Bu, Azərbaycan humanizm ideallarına sadiqlik nümunəsidir. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İrpen şəhər meri Oleksandr Markuşin bildirib. O deyib ki, hazırda Azərbaycanla İrpenin bərpası ilə bağlı 4 layihə üzrə iş aparılır.