CƏMİYYƏT


107 ildir fasiləsiz işləyən “Şollar-Bakı” su kəmərinin “0” nöqtəsindən REPORTAJ

20 fevral 1917-ci il. Bakı əhalisi üçün çox əlamətdar günlərdən biri. Altı ildir davam edən “Şollar-Bakı” su kəmərinin tikintisi yekunlaşıb. Mənbəyini Bakıdan 187 kilometr uzaqdan götürən tərtəmiz içməli su təyinat nöqtəsinə çatıb. Bu münasibətlə təntənəli açılış mərasimi təşkil olunub. Fevralın 20-si tarixə “Şollar-Bakı” su kəmərinin istifadəyə verildiyi gün kimi yazılıb.
İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən su kəməri artıq 107 ildir Bakı əhalisini su ilə təmin edir.