SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: İqlim və enerji liderləri COP29 üçün toplandı

Parisdə COP28 və COP29-a həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilib. Toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edib. Dəyirmi masada dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak ediblər. Dəyirmi masada COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçirilən müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etməkdir.