AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçirilib
21.02.2024 [09:58]
Xəbərin mətni
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və ASAPES-in birgə təşkilatçılığı ilə Yay Olimpiya Oyunları ərəfəsində baş tutacaq konfransda Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər və əməkdaşları, nüfuzlu ali təhsil ocaqlarının professorları və yerli idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.