Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

UNESCO-nın Baş Qərargahında Azərbaycan dilinin təqdimatı olub

22.02.2024 [17:27]

Xəbərin mətni

Banqladeşin Fransadakı səfirliyinin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Parisdə Beynəlxalq Ana Dili Günü münasibətilə beynəlxalq tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ana Dili Günü münasibətilə təşkil olunmuş sərgidə Azərbaycan Daimi Nümayəndəliyinin sərgisi xüsusilə diqqəti cəlb edib. Sərgidə Azərbaycan dilində müxtəlif rəngli kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub.