CƏMİYYƏT


Tanınmış televiziya aparıcısının maraqlı hobbisi: ABAD-la da əməkdaşlıq edirəm - Xaçmazdan REPORTAJ

Şaiq Ağayev televiziya aparıcısı kimi tanınır. 2008-ci ildə Xaçmazdan yayımlanan “RTV”də aparıcı kimi fəaliyyətə başlayan Şaiq hazırda tamaşaçıları AZTV-nin “Telesəhər” proqramından salamlayır. Amma biz bu gün tanınmış aparıcının hər kəs tərəfindən bilinməyən başqa bir istedadı haqqında danışacağıq. O, Azərbaycanda metal üzərində bədii döymə sənətini yaşadan azsaylı sənətkarlardan biridir. AZƏRTAC-ın bölgə müxbiri Xaçmazda Şaiq Ağayevin qonağı olub, onun bədii döymə və misgərlik sahəsində fəaliyyəti ilə maraqlanıb.