Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Liqası: “Qarabağ”ın 1/8 finaldakı rəqibi bəlli olub

23.02.2024 [15:42]

Xəbərin mətni

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində "Qarabağ"ın da rəqibi müəyyənləşib. Tədbirdə Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl də iştirak edib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu bu raundda Almaniyanın “Bayer” klubu ilə üz-üzə gələcək.