İDMAN


Qubada keçirilən beynəlxalq elmi-praktik konfrans işini uğurla tamamlayıb

“Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans işini uğurla tamamlayıb. İdman paytaxtı Qubada keçirilən Beynəlxalq səviyyəli idmançıların iştirak etdiyi tədbirin sessiyalarında təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə olunub.