MƏDƏNİYYƏT


Şəkidə yaradıcı gənclər əl işlərini ilk dəfə nümayiş etdiriblər

Şəkinin yeniyetmələri və gəncləri istər qədim, istərsə də müasir sənət növləri ilə maraqlanır, öz üzərilərində işləyərək inkişaf etdirirlər. Bu günlərdə Şəkidə yaradıcı gənclərin ilk dəfə bir araya gəlməsi, əl işlərinin sərgilənməsi ona əsas verir ki, burada xalq sənətinə, müasir incəsənətə meyil və maraq yetərincədir.