Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

26.02.2024 [20:42]

Xəbərin mətni

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.