Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səudiyyəli nazir: Azərbaycanlıların Ümrə ziyarətini asanlaşdırmaq üçün bir il müddətinə çoxdəfəlik E-Viza istifadəyə verilib

27.02.2024 [19:32]

Xəbərin mətni

Mən bu gün Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşməkdən məmnun oldum. Biz Azərbaycan Respublikasından Səudiyyə Ərəbistanına gələn Allahın qonaqları (zəvvarlar) üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi yollarını, Krallıq Hökumətinin bu sahədəki səylərini müzakirə etdik. Səmimi qəbula və səxavətli qonaqpərvərliyə görə Zati-alilərinə təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə keçirdiyi brifinqdə söyləyib.

Bölmənin digər videoları