MƏDƏNİYYƏT


Turşsu kəndində illər sonra çərşənbə tonqalı qalanıb

İşğaldan azad edilən Turşsu kəndində də illər sonra çərşənbə tonqalı qalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turizm potensialı, həm də əsrarəngiz təbiəti ilə seçilən Turşsu kəndi yenidən qurulur. Elə Turşsunun yenidən qurulmasında çalışan işçilər tərəfindən kənddə uzun illər sonra çərşənbə tonqalı alovlandırılıb. İnanclara görə tonqalda köhnə illərin ağrı-acıları və uğursuzluqları yanaraq külə çevrilir.