Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb

28.02.2024 [12:19]

Xəbərin mətni

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI