İDMAN
Xankəndi - Bakı ultra marafonunun iştirakçıları Bərdədə böyük çoşqu ilə qarşılandı
29.02.2024 [16:01]
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonu keçirilir. İştirakçılar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.