SİYASƏT
Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılıb
01.03.2024 [14:00]
Xəbərin mətni
Martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.