Hikmət Hacıyev: Diplomatiya Forumunda Azərbaycanın regionda sülhün, əməkdaşlığın daha da inkişafı ilə bağlı baxışları iştirakçılara çatdırılacaq
01.03.2024 [14:03]
Xəbərin mətni
Antalya dünyanın yalnız turizm mərkəzi deyil, bu gün, eyni zamanda, diplomatik mərkəzlərindən biri kimi bu cür mötəbər tədbirə ev sahibliyi edir. Tədbirdə çox sayda iştirakçı var. Azərbaycanın tədbirə geniş heyətlə dəvətə görə Türkiyəyə təşəkkürümüzü bildiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media nümayəndələrinə açıqlamasında söyləyib.