SİYASƏT


Antalyada “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda panel iclası keçirilib

Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas şəxslərdən olan Ruben Rubinyan çıxış ediblər.