Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC XƏBƏR VERİR: Ermənistan rəsmisi Azərbaycan daxilində hansısa ərazi iddialarının olmadığını deyib

01.03.2024 [18:12]

Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda panel iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas şəxslərdən olan Ruben Rubinyan çıxış ediblər.
İclasda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh danışıqları, bu müstəvidə atılan və atılacaq addımlar, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, burada davamlı sülhün təmin edilməsi əsas məqsəddir.