SİYASƏT


Korsikalı etirazçı: Fransa dövləti məsuliyyətini dərk etməli, Korsikadakı hazırkı siyasi vəziyyəti nəzərə almalıdır

Keçmiş siyasi məhbusları bir araya gətirən “Patriotti” kollektivi və siyasi dustaqları müdafiə edən “Associu Sulidarita” assosiasiyaları Korsika xalqını nümayişə çağırıb. Onlar bununla uzun müddətdir davam edən Fransa repressiyasına son qoyulmasın tələb edirlər. Siyasi məhbuslar var, qanunsuz həbslər getdikcə daha da çoxalır, insanlar qapını açsalar da, polis sanki partlayıcı varmış kimi qapını sındırır, fəallarımızı uşaqlarının gözləri qarşısında qandallayır, onların başını təpikləyir. Fəallarımız Parisdə, Marseldə həbsxanalarda saxlanılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bastiyada polis tərəfindən saxlanılan korsikalı fəallara dəstək üçün keçirilən etiraz nümayişində “Patriotti” kollektivinin sözçüsü Jan-Filip Antolini söyləyib.