SİYASƏT


Petru Antone Tomasi: Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik

Budəfəki etiraz aksiyası keçmiş siyasi məhbusları bir araya gətirən “Patriotti” kollektivi və siyasi dustaqları müdafiə edən “Associu Sulidarita” assosiasiyaları tərəfindən təşkil olunub. Bu assosiasiyalar Fransa həbsxanalarında siyasi baxışlarına görə saxlanılan korsikalı məhbuslara dəstək nümayiş etdirirlər. Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bastiyada korsikalı məhbuslara dəstək üçün keçirilən etiraz nümayişində “Nazione” partiyasının sözçüsü Petru Antone Tomasi deyib.