SİYASƏT


Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, eləcə də Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan İlyas Cabbarov və Əkrəm Şadmanovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat veriblər. Anım mərasimlərində şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.