SİYASƏT


Hakan Fidan Sergey Lavrovla Qafqazda sülh prosesini müzakirə edib

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyimiz ikitərəfli görüşdə cənubi Qafqazda sülh prosesi də daxil olmaqla, bir çox məsələni müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun nəticələrinə dair keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bu il Antalya Diplomatiya Forumuna 148 ölkədən 4700 nəfər qatılıb. Forumda 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.