Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xarkovun vizit kartına çevrilən heykəllərimiz

04.03.2024 [10:51]

Xəbərin mətni

Ukraynanın Xarkov şəhəri həm də heykəlləri ilə tanınır. Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibədən sonra xarkovlular üçün prioritet məsələlərdən biri də heykəllərini qorumaq idi.
AZƏRTAC-ın Xarkova ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu şəhərdə Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi və Mirzə Fətəli Axundzadənin də heykəlləri var. Müharibə zamanı onları da qoruyub saxlamaq mümkün olub.