Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC XƏBƏR VERİR: Prezident İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib

04.03.2024 [18:02]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin salamlarını və prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Qonaq öz adından da Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək vurğuladı ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısının siyasətinə mütləq dəstəyinin ifadəsidir.

Bölmənin digər videoları