Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndi–Bakı ultramarafonuna yekun vurulub

04.03.2024 [18:35]

Xəbərin mətni

İlk dəfə keçirilən Xankəndi-Bakı ultramarafonuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.
Sonuncu - beşinci mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.