MƏDƏNİYYƏT


“Sənət Unutmur” adlı sərgi təşkil olunub

Martın 4-də “Sənət Unutmur”adlı tədbir tədbir keçirilib. Tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü - “Strinq art” ustası Minarə Mehdinin mərhum Millət vəkili Qənirə xanım Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olunub. Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl Yaşam Mərkəzi”nin təşkilatçılığı ilə keçirildiyini bildirib.