Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Qarabağ” – “Bayer” oyununun hakimləri bəlli olub

05.03.2024 [11:02]

Xəbərin mətni

UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda keçiriləcək “Qarabağ” və “Bayer” komandaları arasındakı matçın təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, görüş Fransadan olan hakimlər briqadasında həvalə olunub. Matçda ədaləti Benoit Bastien qoruyacaq. Ona xətt hakimləri Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ceremi Piqnard yerinə yetirəcək.