SİYASƏT
Bakıda İslamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
05.03.2024 [14:31]
Martın 5-də "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda Bakıda keçiriləcək beynəlxalq elmi konfransla bağlı mətbuat konfransı təşkil olunub. Mətbuat konfransı cari il martın 8-9-da ölkəmizdə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci ildönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransla əlaqədar təşkil edilib.