CƏMİYYƏT


Mövsümi xəstəliklərlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciətlərin sayı artıb

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ) bir əsrə yaxındır ki, uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. Bugünkü reallığa çatmaq üçün institut 100 illik tarixi bir yol keçib, müalicə və təhsil ocağı olub. Humanizm ideyalarına sədaqəti, qayğıkeşliyi və rəşadəti ilə öyünən institutun ənənələrinin kökləri dərin olmaqla, onun yaranma tarixinə gedib çıxır. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən qurularaq ana və uşaqların mühafizə institutuna çevrilib. İnstitut, həmçinin respublikada elmi-metodik mərkəz olmaqla, fəaliyyət illəri ərzində böyük işlərin öhdəsindən gəlib.