Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlil Məmmədquluzadənin əsərləri Parisdə fransız dilində nəşr olunub

06.03.2024 [14:25]

Xəbərin mətni

Parisdə “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrin əvvəllərindən Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi və bu dövrə aid rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A. Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının təqdimatı olub.