CƏMİYYƏT


Gipsdən heykəllər hazırlayan Lənkəran sakini: Məhsulları sosial şəbəkələr vasitəsilə satıram

“Suvenirlər yaxınlarımızı sevindirmək üçün ala biləcəyimiz ən gözəl hədiyyələrdir. Bu, özəl günləri, gözəl anları ölümsüz və unudulmaz etməyə, gələcəyə daşımağa xidmət edən ən yaxşı yoldur. Sizi əmin edirəm ki, sevdiyiniz insanı sevindirmək üçün kiçik və mənalı bir hədiyyə onu xoşbəxt etməyə kifayət edəcək”. Bu sözlər Lənkəran sakini, dekorativ-tətbiqin sənətin bir neçə növü ilə məşğul olan Aysel Sadıqlıya məxsusdur. Gipsdən hazırladığı heykəllər onun yaradıcılığının şah əsərləridir. O, maraqlı və gözoxşayan əl işləri ilə görənlərin diqqətini cəlb etməklə yanaşı, müştərilərinin də məmnuniyyətini qazana bilib. AZƏRTAC-ın bölgə müxbiri Aysel Sadıqlının yaradıcılığı ilə maraqlanıb, onun əl işləri ilə yaxından tanış olub.