Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə xarici işlər nazirinin müavini Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

07.03.2024 [11:49]

Xəbərin mətni

Martın 7-də Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Yasin Ekrem Serim əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI