İQTİSADİYYAT


Nazir: Azərbaycan-Rusiya iqtisadi əlaqələri artan xətlə inkişaf edir

Azərbaycan-Rusiya iqtisadi əlaqələri artan xətlə inkişaf edir. Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 17 faiz artıb. Digər sahələrdə olduğu kimi turizm və qarşılıqlı investisiyalar sahəsində də artımı qeydə alınıb. Ölkələrimiz arasında artan iqtisadi-ticarət dövriyyəsi ilə bərabər, aviareys, turist sayında da artım müşahidə olunur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ilə birgə keçirdiyi konfransdan sonra jurnalistlərə açıqlaması zamanı deyib.