Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmkirli rəssam “Xəmsə” miniatürünü 3 aya ərsəyə gətirib

07.03.2024 [18:25]

Xəbərin mətni

69 yaşlı rəssam Fərman Hüseynov ömrünün 40 ilini rəssamlığa həsr edib. Ölkəmizdə sayı elə də çox olmayan miniatürçü rəssamlardan biridir. Yaradıcılığında vətənpərvərlik mövzusuna xüsusi yer verir. Hətta Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə əsgərlərin rəsmlərini çəkib, onların şücaətini əks etdirən əsərlər yaradıb.