MƏDƏNİYYƏT
Milanda “Şuşa. Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi açılıb
08.03.2024 [14:10]
Xəbərin mətni
Milan şəhərində “Mezo Art” rəqəmsal incəsənət qrupu, İtaliyanın MEET Mədəniyyət Mərkəzi və “Cariplo” Fondunun birgə təşkilatçılığı ilə “Şuşa. Naxışların rəqsi” (“Shusha. Dance of symbols”) rəqəmsal sərgisinin açılış mərasimi keçirilib.Sərginin açılış mərasimində MEET Mədəniyyət Mərkəzinin qurucusu Maria Qratsia Mattei və müasir Asiya incəsənəti üzrə ixtisaslaşmış Çikaqodan olan kurator Culi Volş çıxış edərək “2024. İstanbul Rəqəmsal İncəsənət Festivalı” haqqında məlumat verib, bugünkü sərginin Azərbaycanın mədəni irsini rəqəmsal formata çevirməsi, incəsənət həvəskarlarını unikal səyahətə çıxarmağı barədə danışıblar