İQTİSADİYYAT


Azərbaycanın tranzit potensialı və logistik imkanlarından Romada danışıldı

İtaliyanın paytaxtı Romada “Orta dəhliz: İtaliya, Azərbaycan və Mərkəzi Asiya arasında təhlükəsiz tranzit marşrutu” adlı konfrans keçirilib.İtalyan senator Françesko Silvestronun təşəbbüsü ilə keçirilən konfransda İtaliya parlamentinin və akademik dairələrin nümayəndələri, Mərkəzi Asiya ölkələrinin Romadakı səfirləri, analitik və ekspertlər iştirak ediblər. İtaliya Senatında Regional məsələlər üzrə iki palatalı komitənin sədri, senator Françesko Silvestro, İtaliya Asiya İnstitutunun rəhbəri Mario Morqoni və Senatın Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata çıxışlarında Orta dəhlizin Çin və “köhnə qitə” arasında yükdaşımalara mühüm töhfə verdiyini bildirib, mövcud geosiyasi vəziyyətin bu dəhlizin iqtisadi və geosiyasi əhəmiyyətini dəfələrlə artırdığını qeyd ediblər.