MƏDƏNİYYƏT
Laçında 32 ildən sonra ilk toy
08.03.2024 [19:12]
Xəbərin mətni
Laçının toylu-büsatlı günləri başlayıb. Bu gün - martın 8-də Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə olaraq toy sədası ətrafa yayılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gəncin ən xoş günü el adəti ilə, yəni, kənddə toy mağarı qurularaq təşkil edilib. Hər bir zabuxlu ailənin bu sevincli gününə pənah gətirib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.