ƏÜO-nun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə komanda-qərargah təlimi keçirilib
09.03.2024 [13:14]
Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib.
Komanda-qərargah təliminin birinci mərhələsi praktiki fəaliyyətlərə cəlb olunan bölmələrin müxtəlif vaxtlarda həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılması ilə başlayıb.