Brahim Laytouss: Müsəlmanların səlahiyyətlənməsi və güclənməsi çox vacib amildir
09.03.2024 [15:37]
Xəbərin mətni
Müsəlmanların səlahiyyətlənməsi və güclənməsi çox vacib amildir. Xüsusi qeyd etmək istəyirəm ki, Avropa müsəlmanları oranın vətəndaşlarıdır, orada 25 milyon müsəlman məskunlaşıb. Onlar vətəndaş kimi cəmiyyətin inkişafında iştirak etməlidirlər. Bu sözləri Avropa İnkişaf və Araşdırma Akademiyasının (EDARA) baş direktoru Brahim Laytouss Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda söyləyib.