Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri: İslamofobiya bəşəriyyətə qarşı atılan atəşdir
09.03.2024 [15:50]
Xəbərin mətni
Almaniya Müsəlmanları Mərkəzi Şurasının əsas hədəfi İslam əqidəsini ictimaiyyətə təhrif etmədən çatdırmaqdır. Əgər sülhün bərqərar olmasını istəyiriksə, dinlərarası dialoq vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.