SİYASƏT
Moskva İslam İnstitutunun rektoru: Avropada Quranı yandıranların cəzalandırılmaması ikili standartların ən bariz göstəricisidir
09.03.2024 [16:41]
Xəbərin mətni
Beynəlxalq təşkilatlar və qurumlar islamofobiyanı pisləyən qərarlar qəbul etsə də, təəssüf ki, bu halın qarşısını almaq mümkün olmur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.