SİYASƏT


Kayser Navab: Şuşanı hər zaman gözəl və turizm şəhəri kimi görmək istəyirik

Biz səfərimiz zamanı Ermənistan vandalizminə şahid olduq. Ermənilər tərəfindən dini və tarixi abidələr dağıdılıb. Ancaq dəyən ziyanın böyük olmasına baxmayaraq Azərbaycan hökuməti quruculuq işləri ilə məşğul olur və vətəndaşlar üçün yaxşı şərait yaradılır. Bunu pakistanlı nümayəndə Kayser Navab “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində Şuşaya təşkil olunan səfərdə AZƏRTAC-a açıqlamasında bildirib.