Beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar
10.03.2024 [19:31]
Xəbərin mətni
“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları martın 10-da Şuşaya səfər edərək bu şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar. AZƏRTAC xəbərverirki, qonaqlar əvvəlcə Şuşaqaladivarlarını ziyarətediblər. Onlara Şuşa şəhərinintarixi, qaladivarlarınıntikilməsibarədə məlumatverilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.